Kateqoriyasız

Milanda “Qarabağ” havası – FOTOLAR

“İnter” – “Qarabağ” oyunundan əvvəl Milanda “Qarabağ” klubu və Ağdam şəhəri ilə bağlı bukletlər paylanıb

Dünən gecə İtaliyanın Milan şəhərində UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter” – “Qarabağ” matçı öncəsi Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Qarabağ futbol klubu ilə bağlı təşviqat-bukletləri paylandı. Bu barədə Lent.az saytının Milana ezam edilmiş əməkdaşı Səbuhi Məmmədli məlumat verib.

Məlumata görə, bukletlər oyunun keçiriləcəyi “Cüzeppe Meatsa” stadionun həndəvərində azarkeşlər arasında paylanılıb. Həmin bukletlərdə “Qarabağ” futbol klubunun Avropa Liqasında çıxış edən yeganə qaçqın komanda olduğu, klubun keçdiyi yol, Ağdam şəhəri barədə məlumatlar yer alıb. 9 min nüxsəylə çap olunmuş bülletenlərin yayılması üçün Milan şəhər meriyasından rəsmi razılıq alınıb, bukletlərin paylanması üçün müvafiq şirkətlə müqavilə imzalanıb.






İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43