Dünyadan

“Milan”dan 60 milyon avroluq transfer?

“Yuventus”un hücumçusu Qonzalo İquain komandanı tərk etmək üzrədi. O, “Milan”a keçməyə yaxındı.

İdmanxeber.com-un məlumatına görə, bu barədə İtaliya mətbuatı yazıb. Bildirilir ki, artıq klublar bu keçiddə razılıq əldə edib. “Milan” 60 milyon avro qarşılığında argentinalını heyətinə qatacaq.

Qonzalo ilə “Çelsi” də maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43