Dünya futbolu

“Milan”dan “Fənərbaxça”nın futbolçusuna 14 milyon avroluq təklif

UEFA ilə "Maliyyə fair-play"ində anlaşan və sattığı oyunçuların dəyərində transferlər etməli olan "Fənərbaxça" klubu yeni mövsümdə futbolçu almaq üçün hərəkətə keçir. Belə ki, komanda mövsüm sonunadək bir neçə futbolçunu satışa çıxarmaq niyyətindədir.

İdmanxeber.com-un məlumatına görə, yeni transfer etmək üçün bir neçə futbolçusunu satmağı düşünən "Fənərbaxça" rəhbərliyinə ilk təklifi İtaliya "Milan"ı edib. Müdafiədə çətinliklər yaşayan İtaliya təmsilçisi "Fənərbaxça"nın futbolçusu Kjaeri heyətinə qatmaq niyyətindədir. "Rossionerlər" Türkiyə təmsilçisinə futbolçu üçün 14 milyon avroluq təklif göndərib. Lakin "Fənərbaxça" rəhbərliyi futbolçunu bu qiymətə satmaq istəmir.

Qeyd edək ki, sözügedən futbolçu "Arsenal" və "İnter"in də maraq dairəsindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43