Dünya futbolu

“Milan”dan iki rəsmi transfer

“Milan” yeni transferlərini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” “Napoli”nin qapıçısı Pepe Reynanı rəsmən heyətinə qatıb. 35 yaşlı ispan qolkiperlə yanaşı, “Sampdoria”dan 30 yaşlı xorvatiyalı sol cinah müdafiəçisi İvan Striniç də transfer edilib.

Hər iki futbolçu “Milan”a azad agent statusu ilə keçib və onlarla 3 illik müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43