29 Sentyabr 2020
Dünya futbolu

“Milan”dan yeni transfer

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görəA Seriyası nəhəngi “Breşiya”nın yarımmüdafiəçisi Sandro Tonalini transfer edib. 20 yaşlı futbolçu satınalma şərti ilə icarəyə götürülüb.

“Milan” bir illik icarəyə görə “Breşiya”ya 10 milyon avro ödəyəcək. Tonalinin birdəfəlik transfer üçün də əlavə 10 milyon avro nəzərdə tutulub. Futbolçunun özü ilə 1+4 illik müqavilə imzalanıb. Sandro yeni komandasında “8” nömrəli formanı geyinəcək.

“Breşiya”nın öz yetirməsi olan Tonali artıq İtaliya yığmasına da dəvət alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qələbəmizlə fəxr edirik” – “Sevilya”nın kapitanı

admin

Bu qol deyil, komediyadı – VİDEO

admin

Etopaz – 26 canlı oyun

admin