Dünya futbolu

“Milan”ın futbolçusu həbs edildi – FOTO

“Milan”ın fransalı futbolçusu M’Baye Nianq həbs olunub.

Bir müddət əvvə Ferrari avtomobili ilə qəzaya uğramış futbolçunun qəzasının səbəbləri araşdırılıb və bununlab bağlı Fransa məhkəməsi hökm oxuyub.

Gənc oyunçu 18 aylıq icbari həbsə məhkum edilib. Bundan başqa Nianq 170 saat ictimai işlərə cəlb olunacaq. O, 170 avro cərimə də ödəyəcək.

Qeyd edək ki, futbolçu icarə əsasında Fransanın "Monpelye" klubunda çıxış edir.


 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43