“Milan” baş məşqçi vəzifəsinə Paulo Fonsekanı gətirib.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya mətbuatı gənc mütəxəssislə 2 illik müqavilə bağlandığını bildirir. Fonseka Milan təmsilçisində illik 2,5 milyon avro maaş alacaq.
Xatırladaq ki, komanda ötən mövsüm A Seriyasında 74 xal toplayıb və ikinci yeri tutub.