Dünya futbolu

“Milan”ın yeni baş məşqçisi müəyyənləşdi

“Milan” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“La Gazetta dello Sport” qəzetinin yaydığı xəbərə görə, Massimiliano Aleqqrinin istefasında sonra bu postu Klarens Zedorff tutacaq. “Milan” keçmiş futbolçusu ilə 2 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Klarens Zedorff 2002-2012-ci illər aralığında “Milan”ın şərəfini qoruyub. İndi isə “Botafoqo”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43