06 Oktyabr 2022
Dünya futbolu

Millətlər Liqası: Ukrayna Şotlandiyaya qarşı

Bu gün UEFA Millətlər Liqasının C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış oyun keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, Qlazqo şəhərindəki “Hempden Park” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Hazırda Ukrayna yığması 3 oyundan 7 xalla qrupa başçılıq edir. 6 xalı olan Şotlandiya seçməsi isə 2-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası

B Divizionu

I qrup

22:45. Şotlandiya – Ukrayna

Baş hakim: Mauritsio Mariani (İtaliya)

Qlazqo, “Hempden Park” stadionu

Xal durumu: Ukrayna – 7, Şotlandiya – 6, İrlandiya – 4 (4 oyuna), Ermənistan – 3 (4 oyuna)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Mançester Yunayted” və “Atletiko” Qrizmannın transferi barədə razılığa gəldi

admin

Şvaynştayger “Mançester Yunayted”dən ayrıldı

admin

Bu da 100 milyonluq Beyl – VİDEO

admin