Kateqoriyasız

Milli Afinaya itkilərlə getdi

Avropa çempionatının seçmə qrup mərhələsində sabah səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi dünən Bakı İdman Sarayında son məşqini keçirib.

Futzalçılarımız bu gün saat 10:00-da çarter reysi ilə Bakıdan Afinaya yola düşüb. Baş məşqçi Joze Alesio Da Silvanın rəhbərliyi altında milli oyunöncəsi son məşqini bu gün qarşılaşmanın keçiriləcəyi Daiis İdman Sarayında reallaşdıracaq. Heyətə gəldikdə, Amir Şojaei və Hadi Ahmadinin əvəzinə səfərə Oktay Rüstəmli aparılıb.

Yunanıstan – Azərbaycan oyunu fevralın 2-də, Bakı vaxtı ilə saat 20:00-da Afinadakı Daiis İdman Sarayında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43