Milli komanda

Milli darmadağınla elit-raundda

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə qrup mərhələsində son oyununu keçirib.

Milli Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionun ikinci meydanında Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Saat 17:00-da başlayan matç yığmamızın böyük hesablı qələbəsiylə başa çatıb -3:0.

Beləliklə, xalını 6-ya çatdıran elit-raunda vəsiqə qazanıb. Bunda digər görüşün nəticəsinin də rolu olub. İsrail və Gürcüstanın 1:1 hesablı heç-heçəsi İsraili lider, Azərbaycanı isə ikinci yerin sahibi kimi növbəti mərhələyə aparıb.

AÇ-2019
İlkin seçmə mərhələ

20 noyabr

Azərbaycan – Lixtenşteyn 3:0
Qollar: Murad Mahmudov, 15. Kamran Quliyev, 64, 69


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43