Milli komanda

Milli İrlandiyaya uduzdu – Yenilənib

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirib.

Vüqar Məmmədin yetirmələri “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşıb. Görüş britaniyalıların millimiz üzərində 3:1 hesablı qələbəsiylə başa çatıb.

U-19 millisi ilk oyunda Rusiya ilə qolsuz heç-heçə edib.

13:00. Azərbaycan U-19 – İrlandiya-U-19 – 1:3
Qollar:
 Kamran Quliyev, 73 – Tayreik Rayt, 41, Ceyson Nayt, 63, Conatan Afolabi, 85
Qeyri-dəqiq penaltilər: Uillam Smollbon, 51 (İrlandiya), Turan Vəlizadə, 73 (Azərbaycan)
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 59 (Azərbaycan)
Baş hakim: Adam Farkas (Macarıstan)
“Kuban” stadionu

İrlandiya: 1. Brayan Mayer, 2. Endryu Lions, 3. Kameron Ledvic, 4. Cek Ceyms, 5. Oysin Makenti, 8. Ceyson Nayt, 9. Conatan Afolabi, 10. Villiam Smolbon, 11. Villiam Ferri, 14. Luka Konell, 17. Tireyk Rayt

Azərbaycan: 1. Nicat Mehbalıyev, 4. İbrahim Hüseynov, 5. Rauf Hüseynli, 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev, 15. Vüsal Məsimov, 18. Emil Qasımov, 19. Tural Bayramov, 20. Serhat Taşdemir, 24. Elnur İbrahimov

Oxşar xəbərlər

Berti Foqts: “…mən pis adamam?”

admin

“Bakcell Arena”dakı oyunu iki kanal canlı yayımlayacaq

admin

Azərbaycan yığması Rumıniyadan UEFA-ya şikayət edib

admin