Milli komanda

Milli komandadan “Qarabağ”a dəstək

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını davam edir.

İdmanxeber.com-un məlumatına görə, toplanış çərçivəsində milli komanda ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ”a dəstək olacaq. Milli komandanın üzvləri noyabrın 6-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dnepr” (Ukrayna) qarşılaşmasını stadiondan canlı izləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43