Dünya futbolu

Milli komandalar il sonuna qədər oynamaya bilər

2020-ci ilin sonuna qədər milli komandaların iştirakı ilə heç bir oyun keçirilməyə bilər.

Bu barədə FIFA-nın vitse-prezidenti Viktor Montalyani məlumat verib:

“2021-ci ilə qədər beynəlxalq oyunların keçirilməsinə şübhə edirəm. Yarışların sentyabrda keçirilməsi plandadı, amma buna əmin deyilik. Çünki vəziyyət dəyişə bilər. Ölkələr arasında sərhədlər hələ də bağlıdır. Oyunlar üçün buna icazə alsaq da, görüşlərin azarkeşlərlə olacağına inanmıram. Məncə, tamaşaçı ilə  oynamaq böyük risk olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43