Milli komanda

Milli komandalarımızın yer aldığı səbətlər bəlli oldu

Dekabrın 3-də İsveçrənin Nyon şəhərində 17 və 19 yaşadək futbolçulardan ibarət yığmaların iştirak etdiyi Avropa çempionatının elit-raund mərhələsinin püşkatması keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, saat 13:40-da U-17-nin rəqibləri müəyyənləşəcək. Komandalar 8 qrupa bölünəcəklər. Qrup qalibləri və 2-ci yeri tutanlar arasında  7 ən yaxşı nəticə göstərən yığma Bolqarıstanda təşkil ediləcək final mərhələsinə vəsiqə qazanacaq. Səbətlərin tərkibi belədir:

A səbəti: Almaniya, Polşa, İspaniya, İngiltərə, Avstriya, Portuqaliya, Hollandiya, Çexiya

B səbəti: Xorvatiya, Şotlandiya, İrlandiya, İtaliya, Rusiya, Fransa, Rumıniya, Belçika

C səbəti: Norveç, Gürcüstan, Slovakiya, Belarus, Macarıstan, Serbiya, İslandiya, İsveç

D səbəti: Yunanıstan, İsrail, Sloveniya, Uels, Şimali İrlandiya, Azərbaycan, Bosniya və Herseqovina, Ukrayna


Saat 14:20-də isə U-19-un rəqibləri müəyyənləşəcək. Komandalar 7 qrupa bölünəcək və qaliblər Yunanıstanda təşkil ediləcək final mərhələsinə vəsiqə qazanacaq. Səbətlərin tərkibi belədir:

A səbəti: İspaniya, İngiltərə, Rusiya, İtaliya, Hollandiya, Slovakiya, Monteneqro

B səbəti: Avstriya, Portuqaliya, İsveçrə, Ukrayna, Fransa, İsveç, İrlandiya

C səbəti: Xorvatiya, Almaniya, Polşa, Danimarka, Belçika, Serbiya, Gürcüstan

D səbəti: Çexiya, Bosniya və Herseqovina, Türkiyə, Norveç, Litva, Azərbaycan, Şotlandiya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43