Kateqoriyasız

Milli komandamız elit mərhələdə!

Bu gün 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində III turun oyunları baş tutub.

İdmanxeber.com-un məlumatına görə, Mirbağır İsayevin rəhbərlik etdiyi komandamız sonuncu – həlledici qarşılaşmada Bosniya və Hersoqovinadan olan həmyaşıdları ilə qarşılaşıblar.

Əsas vaxt 1:1 bitdiyindən qalibi penaltilər müəyyənləşdirib. Burada uduzan millimiz qrup üçüncüsü olub.  Lakin millimiz  ən yaxşı III yeri tutan 5 komandadan biri olub və elit mərhələyə vəsiqə qazanıb.

U-17-lər arasında AÇ-nin ilkin seçmə mərhələsi

Bosniya və Herseqovina – Azərbayca – 1:1

Penaltilər seriyası – 4:3

QOLLAR: Denis Zeriç,11 – Oruc İsmayılov, 26

Eisden (Belçika). Patro Eisden stadionu

Baş hakim: Rob Rogers (İrlandiya)

Baş hakimn köməkçiləri: Mark Gavin (İrlandiya), Florian Lemaire  (Belçika)

Dördüncü hakim: Jan Krieken (Belçika)

UEFA nümayəndəsi və hakim-inspektor: Emil Bozinovski (Makedoniya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43