Ölkə futbolu

Milli komandamız heç-heçə etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, millimiz Bosniya və Herseqovinanın

Sarayevo şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ilk matçına çıxıb. Yığmamız Bosniya və Herseqovinanın U-17 yığması ilə görüşüb. Bu qarşılaşmada hesab açılmayıb – 0:0.
Qeyd edək ki, yığmamızın balkanlılarla daha bir görüşü nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43