Milli komanda

Milli komandamız reytinq cədvəlində geriləyib

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, ötən ayla müqayisədə yığmamız 2 pillə geriləyib və hazırda 386 xalla 90-cı pillədə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Şimali irlandiyaya uduzması (0:4) millimizin geriləməsinə səbəb olub.

Yığmamızın rəqiblərindən  Almaniya 3-cü (-1), Şimali İrlandiya 23-cü (+10), Çexiya 43-cü (-3), Norveç 84-cü (-3), San Marino 202-ci (-1) pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43