Milli komanda

Milli komandamız Serbiya ilə qarşılaşacaq

AFFA-nın baş katibi Elxan Məmmədov Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza ilə görüşüb.

İdmanxeber.com-un məlumatına görə, UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan Məmmədov Kokeza ilə iki ölkənin futbol federasiyası arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə Azərbaycan və Serbiyanın aşağı yaş qruplarından ibarət milli komandaları arasında yoxlama matçlarının keçirilməsi qərara alınıb.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinki şəhərində keçiriləcək. Kokeza görüş zamanı Elxan Məmmədovu dəstəklədiyini bildirib.

Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan 13 nəfərdən biridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43