Milli komanda

Milli komandamız üçün tarix bəlli oldu – tam 7 potensial rəıqib

Futzal üzrə Azərbaycan yığmasının AÇ-2016-nın pley-off mərhələsindəki rəqibi iyunun 10-da müəyyənləşəcək. 

İdmanxeber.com-un məlumatına görə, potensial rəqiblər arasında Bosniya və Herseqovina, Macarıstan, Belarus, Çexiya, Slovakiya, Qazaxıstan və Rumıniya var.

Bu ölkələrdən biri millimizə rəqib olacaq və iki oyunun nəticəsinə əsasən güclü olacaq komanda qitə birinciliyinə vəsiqə qazanacaq.

Qeyd edək ki, həmin oyunlar sentyabrın 15-22-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43