Ölkə futbolu

Milli komandamızın formasında dəyişiklik – FOTO

Millimizin formasında yenilik edilib.

İdmanxeber.com-un AFFA-nın rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, yığmamızın formasına ölkə bayrağı əlavə edilib.  Bayraq formanın arxa yuxarı hisəsində, kiçik ölçüdə verilib.

Bundan başqa, millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə səfər və San Marino ilə ev oyunlarında geyinəcəyi formalar da açıqlanıb. Yığmamızın səfər və üçüncü oyun dəsti Norveçin ev dəstinin rəngləri ilə uyğun olmadığı üçün millimiz skandinavlarla səfər oyununda ev dəstində, göy rəngli formada oynayacaq.

Millimiz San Marino ilə ev oyununa da eyni formada çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43