Milli komanda

Milli komandamızın oynayacağı stadionun ot örtüyü korlanıb – FOTO

Noyabrın 11-də DÇ-2018 seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya – Azərbaycan oyununun keçiriləcəyi “Uindsor Park”ın ot örtüyü yaxşı vəziyyətdə deyil. 

İdmanxeber.com-un məlumatına görə, qapıların qarşısında müəyyən hissələrdə və yan xətt boyunca otdan demək olar ki, əsər-əlamət yoxdur. Bir neçə gün əvvəl aylıq normadan artıq düşən yağıntı ot örtüyünü korlayıb. 

Stadionun əməkdaşı yağış yağacağı təqdirdə qazonun daha da bərbad hala düşəcəyini söyləyib. 

Noyabr ayı üçün qazonun hazırkı vəziyyətini normal hesab edən həmin şəxs yağışdan başqa komandaların oyunöncəsi məşqlərinin də ot örtüyünə təsirsiz ötüşməyəcəyini bildirib.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43