20 Sentyabr 2024
Ölkə futbolu

Milli komandanın baş məşqçisi bəlli oldu

Futbol üzrə Azərbaycan millisi ilə bağlı yaranan əsas suala aydınlıq gəlib.

 Komandamızı serbiyalı mütəxəssis Milan Obradoviç çalışdıracaq. Baş məşqçinin keçidi bu ayın sonuna qədər rəsmi olaraq açıqlanacaq.

Obradoviç Azərbaycan futboluna yad sima deyil. Belə ki, o, 2019-2022-ci illərdə baş məşqçi kimi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisində çalışıb.

Qeyd edək ki, son olaraq millimizə italiyalı Canni de Byazi başçılıq edirdi. (Sportlife.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43