Milli komanda

Milli komandanın düşərgəsindən bəd xəbər: “Qarabağ”ın kapitanının ayağında şiş aşkarlandı

Milli komandamızın üzvü Rəşad Sadıqov sabah keçiriləcək Filippinlə oyunu buraxa bilər.

İdmanxeber.com-un məlumatına görə, millimizin və “Qarabağ”ın kapitanının ayağında şiş aşkarlanıb. 

Sadıqovun sabahkı matçda meydana çıxma şansı demək olar ki, azdı. Rəşadı millidə Elvin Yunuszadə əvəzləyəcək. Millini kapitan kimi meydana Ruslan Abışov çıxaracaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43