Kateqoriyasız

Milli Latviyaya uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Latviyada bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:4 hesabı ilə məğlub olub.

Millimiz seçmə mərhələdə növbəti oyununu oktyabrın 26-da Slovakiya komandası qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43