AFFA-nın və Bakı Olimpiya Stadionunun birgə təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, baş katib Elxan Məmmədov AFFA rəhbərliyi adından mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib.
Daha sonra KİV təmsilçiləri və AFFA əməkdaşlarının iştirakı ilə 4 oyundan ibarət mini-turnir təşkil olunub.
Turnir başa çatdıqdan sonra tədbir iştirakçıları üçün ziyafət verilib, hədiyyələr təqdim edilib.