Kateqoriyasız

Milli Norveçə də uduzdu

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Norveç yığması ilə qarşılaşıb.

Idmanxeber.az  xəbər verir ki, 8-ci km stadionunda keçirilən oyunda qapılara üç qol vurulub. Yunanıstandan olan hakim Vasilis Fotias idarə etdiyi matç yığmamızın növbəti məğlubiyyəti ilə bitib.

Azərbaycan yığması yer aldığı A qrupunda 1 xalla 5-ci sıradadır.

Avropa çempionatı, seçmə mərhələ

16 noyabr

Azərbaycan U-21 – Norveç U-21 1:2
Qol: İsmayıl Zülfüqarlı, 80 – Yohan Hove, 4. Osame Sahraui, 53.
Baş hakim:
 Vasilis Fotias

Azərbaycan: 22. Nicat Mehbalıyev, 2. Zamiq Əliyev, 4. Cəlal Hüseynov, 5. Rauf Hüseynli (k), 6. İldar Ələkbərov (17. Rüfət Abdullazadə, 62), 7. Turan Vəlizadə, 9. Musa Qurbanlı (18. Mustafa Yıldırım, 76), 10. Asim Əlizadə (21. İsmayıl Zülfüqarlı, 62), 11. Şakir Seyidov, 23. Emil Mustafayev (20. Abdulla Rzayev, 88), 14. Samet Karakoç (19. Hüseyn Mürsəlov, 76).
Ehtiyat oyunçular: 1. Rüstəm Samiquliln, 8. Səbuhi Abdullazadə, 13. Nihad Quliyev, 16. Fərid Yusifli.
Baş məşqçi: Milan Obradoviç.

Norveç: 12. Mads Kristiansen, 2. Sebastian Soraaş (18. Eskil Smidesang Edh, 72), 3. Leo Fuhr Hyelde, 4. Jesper Daland, 6. Yohan Hove, 7. Sivert Mannsverk (19. Emil Breivik, 72), 9. Yorgen Larsen (k), 10. Osame Sahraoui (8. Hakon Evjen, 72), 11. Noah Jean Holm, 13. Ole Martin Kolskogen, 21. Tobias Kristensen (20. Martin Nyoten Palumbo, 88).
Ehtiyat oyunçular: 1. Kristoffer Klaesson, 5. Henrik Heggheim, 14. Robin Dahl Ostram, 15. Elias Hagen, 22. Oscar Aga.
Baş məşqçi: Leif Gunnar Smerud.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43