Kateqoriyasız

Milli üzvü Qazaxıstan klubuna keçir

Futzal üzrə Azərbaycan millisinin üzvü Rafael Vilela Rusiyanın “Tümen” klubundan ayrılmağa hazırlaşır.

İdmanxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futzalçı “Kayrat”a keçəcək.

Bu barədə Rusiya klubunun prezidenti Aleksandr Popov Rusiya mətbuatına açıqlamasında deyib. Onun bildirdiyinə görə, FİFA və UEFA-nın Rusiya yığmaları və klublarına qoyduğu qadağa aradan qaldırılacağı təqdirdə braziliyalı kluba qayıdacaq. Hazırki vəziyyətdə isə “Tümen” Çempionlar Liqasının “dördlər finalı”nda oynamaqdan məhrum olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43