“Sabah” heyətini gücləndirməkdə davam edir.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu Türkiyə birinci liqa təmsilçisi “Giresunspor”da çıxış edən U-21 millimizin üzvü Ozan Can Kökcünu heyətinə qatıb.
Bu barədə Türkiyə klubunun saytı məlumat yayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Kökcü Hollandiyanın “Valveyk” və Türkiyənin “Bursaspor” klublarında da oynayıb.