16 Sentyabr 2024
Ölkə futbolu

“Millidə əcnəbi baş məşqçiyə yalandan vaxt verməyə dəyməz”

“Milli komanda yerli baş məqçiyə tapşırılmalıdır. Əcnəbi mütəxəssisə yalandan vaxt verməyə dəyməz. Yerli məşqçiyə zaman verilsə, daha yaxşı olar. Bu, mənim fikrimdir. Kim istəyər razılaşmasın. Əcnəbinin verəcəyi xeyiri yerli mütəxəssis də verə bilər. Birdəfəlik başa düşməliyik ki, yığmada yerli mütəxəssis çalışmalıdır”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev yığma komandaya mümkün baş məşqçi təyinatı ilə bağlı danışarkən deyib. O, daha sonra belə davam edib:

“Yığmaya bir çox namizədin adı çəkilir. Kifayət qədər yerli çalışdırıcımız var. Hamısı bu işin öhdəsindən gələ bilər. Elə ilk ağıla gələn Qurban Qurbanovdur. Ona bir az vaxt verilsəydi, yaxşı olardı. Daha da gənc mütəxəssislər var. Aftandil Hacıyev, Rəşad Sadıqov və s. Olsun ki, milli yerli baş məşqçiyə tapşırılsın və zaman verilsin. Bunun ardından mütləq nəticə gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43