22 Sentyabr 2024
Dünya futbolu

“Millidəki karyeramı bitirmək heç ağlıma gəlmir” – Kriştianu Ronaldo

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo Avro-2024-dən sonra Portuqaliya millisindəki karyerasını başa vurmağı düşünmədiyini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu bu barədə belə açıqlama verib:

“Millidəki karyeramı bitirmək heç ağlıma gəlmir. Əksinə, davam etmək istəyi daha da böyükdür. Motivasiyam milli komandada oynamaq və Millətlər Liqasını qazanmaqdır. Bu, bizim növbəti yarışımızdır, ona görə də bacardığımız qədər hazırlaşmaq istəyirik. Biz artıq bu turnirdə qalib gəlmişik və bu uğuru bir daha təkrarlamaq niyyətimiz var”.

Hücumçu 2003-cü ildən ölkəsinin əsas komandasında çıxış edir. Onun 212 matçda 130 qolu var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43