19 Avqust 2019
Kateqoriyasız

Millimizə 20 futbolçu çağırıldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinanın  müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçlar iyunun 13-də və 15-də Zenitsa şəhərində oynanılacaq

Bu oyunlar üçün millimizə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

U-17-nin heyəti: Rəşad Həsənov, Abil Abilov, Kamal Kazımov (hamısı “Keşlə”), Cəlal Hüseynov, Elnur Mirzəyev, Vüsal Əliyev, Nurəli Nurəliyev (hamısı “Zirə”), Ülvi Mədətov, Rauf Rüstəmli, Mehrac Baxşəliyev (hamısı “Qəbələ”), Musa Musazadə, Fidayə Əzizov, Mirmövsüm Canıyev (hamısı “Qarabağ”), Mirəli Əhmədov, Nihad Cəfərov (hər ikisi “Neftçi”), Raqif Abışov, Vüsal Qənbərov (hər ikisi “Sabah”), Eldar Tağızadə (“Fundacion”, Marset, İspaniya), Amin Ramazanov (“Lokomotiv”, Moskva, Rusiya), Nikita Pesotski “Çertanovo” (Moskva, Rusiya).

Oxşar xəbərlər

“Qəbələ”də 4 futbolçu getdi!

admin

Ramil Şeydayev klubunu dəyişir – Moskva klubu ilə müqavilə imzalayır

admin

Bernard Şalland: “Azərbaycan qrupun favoritidir”

admin