Milli komanda Ölkə futbolu

Millimizə dəvət alan oyunçu: “İsrail sonsuza qədər qəlbimdə qalacaq”

“Sumqayıt”ın İsrailin “Hapoel Raanana” klubundan transfer etdiyi oyunçu Əli Babayev Azərabyacan  milli komandasına dəvət alıb.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu İsrail mətbuatına verdiyi açıqlamada Azərbaycan millisin seçməsinin səbəbini açıqlayıb:

“Uuzn müddət davam edən görüşlərdən sonra burada oynamağa qərar verdim. Özümdə bir yığma üçün oynamağın gərəkdiyini düşündüm. İsrail sonsuza qədər qəlbimdə qalacaq, ancaq rədd edilməsi çətin olan təklif idi. Uğur qazanmağım üçün çox çalışıram. Uşaqlıq xəyalını gerçəkləşdirməyin və bir yığma üçün oynamaq zamanının gəldiyini hiss edirəm.

Oynadığım “Sumqayıt” klubunun rəhbərləri Riad Rəfiyev və Zamiq Hüseynov olmasaydı, Azərbaycana heç vaxt gəlməzdim. İş üçün vaxt belə gəldi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43