Dünya futbolu

Millimizə gəlməli idi, A seriya klubuna keçdi

İtaliyanın SPAL klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, A Seriyası klubunu yeni baş məşqçisi Luici Di Byaco olacaq. 48 yaşlı mütəxəssis bu vəzifədə Leonardo Sempliçini əvəzlləyib. İtaliyalı çalışdırıcı ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Di Byaco Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43