Ölkə futbolu

Millimiz 1 pillə irəli addımladı

FİFA-nın yeni reytinq siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan millisi cəmi 1 pillə irəliləyərək 137-ci pilləyə qalxıb.

Yığmamızın aktivində 253 xal var. Ölkəmiz bu siyahıda Madaqaskar, Svazilend, Suriya və Mozambik kimi ölkələrdən geri qalır. 

Qonşularımız Gürcüstan, İran, Ermənistan, Türkiyə və Rusiya cədvəldə bizdən öndədilər.

Dünya reytinqinin ilk 10-luğu isə belədir:

1 (1). Argentina – 1585

2 (2). Belçika – 1401

3 (3). Kolumbiya – 1331

4 (4). Almaniya – 1319

5 (5). Çili – 1316

6 (8). Portuqaliya – 1266

7 (17). Fransa – 1189

8 (6). İspaniya – 1165

9 (7). Braziliya – 1156

10 (12). İtaliya – 1155


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43