Milli komanda

Millimiz 3 il öncəki göstəricisini təkrarladı

Futbol üzrə Azərbaycan millisi FİFA-nın son reytinq siyahısında 45 pillə irəliləyərək 88-ci sırada qərarlaşıb.

İdmanxeber.com xəbər verir ki, bu, siyahıda ikinci ən böyük sıçrayış kimi qeydə alınıb.

Ən yaxşı göstərici 49 pillə irəliləyərək, 326 xalla 56-cı mövqedə yer alan Monteneqro yığmasına məxsusdur. 

Azərbaycan ilk dəfə 2013-cü ilin məhz oktyabr ayında 88-ci pillədə qərarlaşıb. Hazırkı göstərici millinin tarixində ən yaxşı 6-cı nəticədir. 2014-cü ilin aprel və may aylarında Berti Foqtsun rəhbərlik etdiyi komanda 85-ci pillədə yer alıb. Həmin ilin iyununda 83-cü pilləyə yüksələn Azərbaycan iyulda 73-cü pillədə dayanıb. Milli komanda avqust ayında da 73-cü pilləni əldən verməyib.

Üstəlik Azərbaycan yığması Cənubi Qafqaz ölkələri arasında 1-ci, keçmiş SSRİ ölkələri arasında ən yaxşı göstəriciyə malik 5-ci komandadır. Yığma komanda bu siyahıda yalnız Ukrayna, Özbəkistan, Rusiya və Belarusdan geri qalır:

29. Ukrayna – 803 (0)
48. Özbəkistan – 617 (+1)
53. Rusiya – 594 (-15)
77. Belarus – 452 (-20)
88. AZƏRBAYCAN – 404 (+45)
90. Qazaxıstan – 386 (-7)
98. Litva – 347 (+19)
99. Qırğızıstan – 343 (+9)
114. Türkmənistan – 309 (+2)
116. Latviya – 306 (-21)
119. Estoniya – 299 (+11)
122. Gürcüstan – 276 (+15)
125. Ermənistan – 270 (-13)
140. Tacikistan – 227 (+4)

Report.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43