Milli komanda

Millimiz 4-cü oyunda ilk qələbəsini qazandı

Çimərlik futbolu üzrə Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, 13-16-cı yerlər uğrunda pley-off görüşündə komandamızın rəqibi Yunanıstan olub.

Millimiz bu görüşdən inamlı qələbə ilə ayrılıb.

DÇ-nin seçmə mərhələsi

13-16-cı yerlər uğrunda oyun

Yunanıstan – Azərbaycan – 3:6 (0:1, 1:1, 2:4)

Qollar: Zeynal Zeynalov, 1 (0:1), Sabir Allahquliyev, 13 (0:2), 28 (2:4), 36-pen. (3:6), Amid Nəzərov, 26 (2:3), Orxan Məmmədov, 32-pen. (2:5)

Yığmamız 13-cü yer uğrunda oyunda Fransa ilə qarşılaşacaq.

Xatırladaq ki, millimiz seçmə mərhələ çərçivəsində bundan öncə Çexiya (4:1) və Bolqarıstana (3:2) qalib gəlib, İspaniyaya (3:5), Англии (4:5), İsveçrəyə (2:4) və Macarıstana uduzub (3:4).

İsveçrə, İspaniya, Rusiya və İtaliya artıq DÇ-nin final mərhələsinə vəsiqəni təmin ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43