Milli komanda

Millimiz Almaniyada iki yoldaşlıq matçı keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə martın 14-dən 22-dək Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olacaq.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hazırlıq dövründə yığmamızın 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43