Milli komanda

Millimiz almaniyalıları “qol yağışına” tutdu

Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Bayern Alzenau” klubunun U-19 komandası ilə qarşılaşan millimiz 6:1 hesabı ilə qələbə qazanıb. Yığmamızın qollarını Benhur Kama, Yusup Xakimov, Mansur Nəhavəndi, Fəhmin Muradbəyli, Elnur Süleymanov və Vadim Ağarəhimov vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43