Milli komanda

Millimiz Almaniyaya qarşı

19 yaşadək qızlardan ibarət milli komandamız Avropa çempionatının elit-raund mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, yığmamızın budəfəki rəqibi Almaniyadır.

İrlandiyanın paytaxtı Dublində baş tutacaq oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, millimizim qrupdan çıxmaq şansı var. Bleə ki, yığmamız Almaniya millisinə qalib gəlməli, qrupun digər qarşılaşmasında isə Polşa İrlandiyadan üstün olmalıdır. Bu halda yığmamız ən yaxşı 2-ci yerin sahibi kimi final mərhələsinə vəsiqəni təmin edə bilər.

10 aprel

17:00. Azərbaycan – Almaniya

Baş hakim: Lois Otte (Belçika).

Dublin. “Tolka Park”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43