Milli komanda

Millimiz Andorra ilə bacarmadı

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama matçını keçirib.

İdmanxeber.com-un məlumatına görə, Robert Prosineçkinin komandası Andorra ilə qüvvəsini sınayıb.  Març qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, millimiz növbəti oyununu mayın 29-da keçirəcək. Rəqib Makedoniya yığması olacaq.

26 may

Yoxlama oyunu

20:00. Azərbaycan – Andorra – 0:0

Hakimlər: Harald Lexner, Andreas Heidenreyx, Maksimilian Kolbitş və Markus Hameter (hamısı Avstriya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43