Milli komanda

Millimiz “Antalya Cup” turnirinin qalibi oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi “Antalya Cup” turnirinin qalibi olub.

İdmanxeber.com-un məlumatına görə, millimiz Bəhreynin U-20 millisi ilə qarşılaşıb və rəqibinə böyük hesabla qalib gəlib – 4:0.

Qeyd edək ki, yığmamız bundan əvvəl Ukraynanın U-21 komandasını 2:1, Səudiyyə Ərəbistanının U-20 yığmasını 3:0, Səudiyyə Ərəbistanın U-21 komandasını 4:0 hesabı ilə məğlub edib.

26 yanvar

“Antalya cup”, 4-cü tur

13:00. Azərbaycan U-21 – Bəhreyn U-20 – 4:0

Qollar: İlter Taşkın, 5 (1:0), Elnur Cəfərov, 24 (2:0), Ruslan Nəzirli, 79 (3:0), Abbas Hüseynov, 83 (4:0)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43