Milli komanda

Millimiz Antalyaya 24 futbolçu ilə gedir

19 yaşadək futbolçulardan ibarət milllimiz Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə yanvarın 19-dan 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. 

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hazırlıq zamanı 4 yoxlama oyunu keçirəcək yığmamız yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromso” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını təqdim edirik:

Sərhad Daşdəmir (“Fylde”, İngiltərə), Kamran Quliyev (“Yonova”, Litva), Musa Qurbanlı, Nicat Mehbaliyev, İbrahim Hüseynov, Zamiq Əliyev, Rauf Hüseynli, Tural Bayramov (hamısı “Qarabağ”), Elvin Talıbov (“Qarabağ” F), Xəyal Muradov, Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı, Samir Qurbanov (hamısı “Qəbələ”), Nail Alışov, Turan Vəlizadə, Vüsal Əsgərov, Ismayıl Zülfüqarlı (hamısı “Neftçi”), Şakir Seyidov (“Sabah”), Murad Məmmədov (“Səbail”), Ruslan Qəribov (“Sokol”, Saratov, Rusiya), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya), Rüstəm Samuqullin (“Stroqino”, Moskva, Rusiya), Rüfət Abdullazadə(“Sumqayıt”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43