Milli komanda

Millimiz Astanada heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, Rəşad Sadıqovun başçılıq etdiyi millimiz Qazaxıstanla üz-üzə gəlib.

Astanada keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1.

Qeyd edək ki, millimiz bu oyundan 4 gün sonra Bakıda Macarıstan U-21-i ilə üz-üzə gələcək.

4 iyun

13:00. Qazaxıstan U-21 – Azərbaycan U-21

4 iyun

13:00. Qazaxıstan U-21 – Azərbaycan U-21 – 1:1
Qollar: 
Sərtan Taşkın, 36 (0:1), Aybol Abiken, 81-penalti (1:1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43