Milli komanda

Millimiz “Avro -2017”-də Almaniya və Rusiyaya rəqib oldu

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupuna aid Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda 7-ci qrupda mübarizə aparacaq. Millimizin rəqibləri Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adaları komandaları olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43