Kateqoriyasız

Millimiz Avropa birinciliyinə yollanır

Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. 40-a yaxın ölkədən 393 atletin (169 qadın+224 kişi) mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər. Polşaya yollanan heyətlə sizi tanış edirik:

Oğlanlar
20 yaşa qədər: Qasımov Rüstəm – 62 kq.
23 yaşa qədər: Məmmədli Məhəmməd – 62 kq, İbrahimli Paşa – 69 kq.

Qızlar
20 yaşa qədər: Əzimova Səbinə – 53 kq.
23 yaşa qədər: Məhərrəmova Mərziyyə – 48 kq, Əlizadə Gülçin – 58 kq, İbrahimova Firuzə – 63 kq, Abbasova Elnarə – 69 kq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43