Kateqoriyasız

Millimiz Avropa çempionatında mübarizəyə başlayır

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisi bu gün Bolqarıstanın Albena şəhərində keçiriləcək oyunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.

Avropa çempionatı, seçmə mərhələ

21 sentyabr

18:00 Azərbaycan – Bolqarıstan
Baş hakim: Joonas Jaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Aron Harsing (Estoniya), Egill Qudvardur Qudlauqsson (İslandiya)
Dördüncü hakim: Helgi Mikael Jonasson (İslandiya)
Bolqarıstan. Albena


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43