Milli komanda

Millimiz Avropa çempionatının final mərhələsində!

Futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin cavab oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan millisi səfərdə Slovakiyanın qonağı olub.

İlk görüşdə Bakıda rəqibinə 3:1 hesabı ilə qalib gələn millimizə Trnavada Slovakiya ilə heç-heçə edərək final mərhələsinə vəsiqə qazanıb – 1:1.

Qeyd edək ki, millimiz 2-13 fevralda Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək "Avro-2016"nın final mərhələsində iştirak edəcək.

22 sentyabr

"Avro-2016", pley-off mərhələsinin cavab oyunu

22:00. Slovakiya – Azərbaycan 1:1

Qollar: Vitali Borisov, 7 (0:1), Rafay, 24 (1:1)

İlk oyun – 1:3

Hakimlər: Timo Onatsu, Toni Lehtinen (hər ikisi Finlandiya)

Trnava. "Mestska Sportova Hala" stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43