Milli komanda

İsrail millimizi darmadağın etdi

19 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

İdmanxeber.az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk sınağında İsrail seçməsi ilə qarşılaşıb. İsrail millimizi 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, seçmə mərhələnin oyunları Gürcüstanda keçiriləcək. Millimiz 1-ci qrupda İsraillə yanaşı, Lixtenşteyn və meydan sahibləri ilə də mübarizə aparacaq. Hər qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi Ermənistanda keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup

1-ci tur

14 noyabr

14:00. Azərbaycan – İsrail  1:4

Qollar: Emil Qasımov, 82 – Məhəmməd Kanaan, 9, Şadi Masarva, 28, Bar Arad, 56, 64
Hakimlər:
 Erik Lambrext, Karel De Roker (hər ikisi Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Tiflis, Mixail Mesxi adına stadion.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43