İdman

Millimiz Avropa üçüncüsü oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.

Qitə birinciliyində bir gümüş və iki bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamız 76 xal toplayaraq, komanda hesabında 3-cü yeri tutub. Rusiya (192) birinci, Türkiyə (132) isə ikinci olub.

Maraq üçün qeyd edək ki, millimizə ən çox xalı finala kimi irəliləyən İslam Abbasov qazandırıb. Avropa ikinciliyinə görə komandamızın hesabına 20 xal yazılıb. Bürünc medalçılar – Eldəniz Əzizli və Taleh Məmmədovdan hərəyə 15 xal gəlibsə, medal görüşündən məğlub ayrılan Orxan Nuriyevin əldə etdiyi xal 10-a bərabər olub. Yığmamıza digər xallar Sabah Şəriəti (8), Murad Məmmədov (6) və debütant Ülvi Qənizadədən (2) gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Səbail” yeni hücumçusunu sifariş etdi

admin

Millimiz FİFA reytinqində çox geriləcəyək – SİYAHI

admin

İngilis şərhçilərə problem yaradan “Qarabağ”ın futbolçuları haqda UEFA yazı dərc etdi

admin